Az.shafaqna.com “Obozrevatel”-ə istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) sədr müavini Sergey Krivonos müharibə halında Rusiyanı “tabut axını” ilə hədələyib.

Rusiyalılar üçün mental cəhətdən bizim ölkəmizə qarşı tammiqyaslı aqressiya başlatmaq problem deyil. Lakin onlar anlayırlar ki, onların silhalı qüvvələrinin verəcəyi çox böyük saydakı itkilər – Rusiyaya gedəcək tabut axını olacaq”, – deyə o bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusunda motivasiyalı hərbi qulluqçular var və onların “əla döyüş təcrübələri var”.