
Az.shafaqna.com “Independent”-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, məşhurluğuna görə dünyada ikinci yerdədir və onu yalnız İsa Məsih (ə) qabaqlayır.
Üstəlik, məlumdur ki, Ağ Ev başçısının real reytinqi elə də çox deyil, hətta ölkənin daxilində belə. Onu ABŞ-lıların yarısından çoxu dəstəkləmir.
“Bu günlərdə kimsə mənə dedi: “Sən dünyanın ən məşhur insanısan”. Mən cavab verdim: “Xeyr, mən deyiləm”. O zaman onlar soruşdular: “Daha məşhur olan kimdir ki?”. “İsa Məsih”, – mən cavab verdim”, – deyə Tramp bildirib və əlavə edib ki, Peyğəmbərlə (ə) rəqabət aparmaq fikrində deyil.






























