Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə işgüzar səfəri zamanı 16 oktyabrda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyir.
Bu barədə Zelenskinin mətbuat xidmətindən məlumat verilib.
“16 oktyabrda Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə Respublikasına (İstanbul şəhərinə) işgüzar səfər edəcək. Səfər zamanı dövlət başçısının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü baş tutacaq”, – deyə qeyd edilib.
Prezidentlərin danışıqları zamanı ikitərəfli məsələlərin müzakirəsi və bir sıra sazişlərin imzalanması nəzərdə tutulur.
Bu məqaləni paylaş