
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorgi Qaxariya ölkədəki koronavirusla bağlı vəziyyət barədə danışıb.
“Biz hökumətin iclasını keçirdik. Ölkədəki epidemioloji vəziyyətlə bağlı müəyyən qərarların qəbulu üçün (iclasa) hökumət üzvləri ilə yanaşı, şəhər merini, epidemioloqları dəvət etdik”, – deyə o bildirib.
Qaxariya son günlər dünyada koronavirusa yoluxma sayında rekord göstəricilərin qeydə alındığını deyib.
“Bu gün bizdə – Gürcüstanda da rekord həddə yoluxmuş insan sayı var – 919 insan. Əlbəttə, bu, ciddi rəqəmdir və belə görünür ki, yaxın günlərdə biz 1000-i keçəcəyik”, – deyə o, əlavə edib.
Gürcüstan Baş nazirinin sözlərinə görə, dünyada epidemiyanı, sərt məhdudiyyətlər və təcriddən başqa tez saxlamağın üsulu yoxdur.
O qeyd edib ki, virusla mübarizə prosesində hökumətlər nöqtəvi məhdudiyyətlə tətbiq edəcəklər.






























