
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Vaşinqtonda Azərbaycan ordusunun işğal edilmiş ərazilərin azadlığı uğrunda keçirdiyi əməliyyatlara dəstək aksiyası keçirilib.

Əllərində bayraqlarla çıxan bir neçə yüz insan Ermənistanın işğal siyasətini pisləyiblər və Azərbaycan ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair çağırış ediblər.

Nümayişçilərin dinc azərbaycanlılara qarşı erməni zorakılığının – yaşayış məntəqlərinin raket və artilleriya zərbələrinə tutulmasının dayandırılmasının zəruriliyini qeyd ediblər.
Ağ Evin ardınca aksiya iştirakçıları Türkiyə səfirliyi qarşısında toplaşaraq Türkiyəyə təşəkkür şüarları səsləndiriblər.






























