Ronaldu Ginnesin Rekordlar kitabına düşdü

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2023-cü ilin Ginnesin Rekordlar Kitabına (GRK) düşüb.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu bardə GRK-nin mətbuat xidməti məlumat yayıb.

Belə ki, o, ilin ən yüksək maaşlı idmançısı adını qazanıb.

“Forbes”in məlumatına görə, 2022-ci il 1 may – 2023-cü il 1 may tarixləri aralığında 38 yaşlı forvard 136 milyon dollar qazanıb.

Bu məbləğə onun maaşı, mükafat pullar, müqavilə üzrə olan bonus ödənişlər, sponsor dəstəyi, həmçinin kommersiya qurumlarında iştiraka görə əldə edilən maliyyələr daxildir.

Xatırladaq ki, 2022-ci ilin Ginnesin Rekordlar Kitabında ən yüksək maaşlı idmançı olaraq argentinalı hücumçu Lionel Messi idi – 130 milyon dollar.

Bu məqaləni paylaş