Az.shafaqna.com xəbər verir ki, Rusiya və Azərbaycan xarici işlər nazirəlri Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Təfərlər Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Rusiya XİN məlumat verib.
Danışıq Bakının təşəbbüsü ilə keçirilib.
“Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin 10 oktyabrda etdikləri Moskva bəyanatının müddəalarının şərtisz icrasının zərurəti təsdiq edilib”, – deyə qeyd edilib.
Azərbaycan XİN-in məlumatına görə, Ceyhun Bayramov rusiyalı həmkarına Ermənistanın təxribatları və bu təxribatların qarşısının alınması istiqamətində atılan addımlar barədə məlumat verib və o, vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.