
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Çeçenistanda toy şənliklərinin keçirilməsi məqsədi ilə banket zallarının fəaliyyəti bərpa edilib. Sözügedən məkanlar pandemiya səbəbi ilə mart ayının sonu qapadılmışdı.
“Müsbət dinamikanı nəzərə alaraq, sosial məsafənin saxlanılması ilə toy şənliklərinin keçirilməsi üçün banket zallarını açmaq qərarı qəbul etdim”, – deyə Çeçenistan başçısı Ramzan Kadırov bildirib.
“Bu cür məkanlarda stul və stolların sayını yarıyadək azaltmaq lazımdır”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, respublikada koronavirus infeksiya ilə mübarizədə müsbət dinamika müşahidə edilir.
Xatırladaq ki, Çeçenistanda 21 iyundan pandemiya ilə bağlı məhdudiyyətlərin götürülməsinin 3-cü mərhələsi elan edilib.






























