Ərdoğan: Niyəsə heç kim Rusiya və Fransanın Ermənistana silah verməsini görmür

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyənin Azərbaycana əlindən gələn köməyi etməyə hazır olduğunu deyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, heç kim ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər tərəfindən Ermənistana edilən dəstək qabardılmır.

“Yerevan Rusiya və Fransadan silah əldə edir, amma nəyəsə görə heç kəs bu mövzunu müzakirə etmir”, – deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri yenidən Qarabağ münaqişəsinin yoluna qoyulması prosesini uzatmağa çalışır.

“Nəticəsiz danışıqlar artıq 30 ildir davam edir. Azərbaycan xalqının səbir kasası dolub. Bu gün Azərbaycan xalqı öz tarixi torpaqlarının işğaldan azad edilməsi uğrunda aktiv mübarizə aparır. 30 il ərzində Azərbaycan torpaqlarındakı haqsızlığı gözardı edənlərdən ədalət gözləmək mənasızdır”, – deyə o qeyd edib.

Türkiyə prezidenti əlavə edib ki, Türkiyənin erməni xalqına qarşı bir problemi yoxdur və hazırda Türkiyədə 100 minədək Ermənistan vətəndaşı var.

Bu məqaləni paylaş