Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin başçısı Amiran Qamkrelidze koronavirusla mübarizədə görülən tədbirlər barədə danışıb.

Siyasət belədir ki, böyük, qlobal məhdudiyyətlər olmayacaq, lakin fərqli-fərqli nöqtəvi məhdudiyyətlər olacaq”, – deyə o bildirib.

Onun sözlərinə görə, digər dünya ölkələri kimi, Gürcüstan da artıq ciddi məhdudiyyətlər elan edə bilməz.

Bizim ümidimiz var idi ki, respirator infeksiya, koronavirus yayda azalacaq və yox ola bilər. Buna görə də xəstəliyin əvvəlində onunla mübarizədə yeganə vasitə sərt və ciddi məhdudlaşdırıcı tədbirlər idi, sonra bəşəriyyət anladı ki, bu, sadə infeksiya deyil”, – deyə o qeyd edib.

Qamkrelikdze deyib ki, infeksiyanın zəifləməsinə baxmayaraq, o, yox olmayıb.

Buna görə də bizim hazırda istifadə etdiyimiz şüar – koronavirusla birlikdə yaşamağı öyrənməkdir, çünki ölkələr daha qapalı ola bilməz”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, ən çox halın ABŞ-da olmasına baxmayaraq, ora qapalı deyil.

Halların artımı var, lakin əsas iqtisadi istiqamətlər işləkdir, yəni biz bir yerdə yaşamağı öyrənirik”, – deyə o qeyd edib.