Az.shafaqna.com Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan rejiminin müdafiə nazirinin müavini Qabriel Balayan COVID-19-a yoluxub.

Bu haqda Ermənistan rəsmisi Andranik Köçəryan məlumat verib.

Xatırladaq ki, iyun ayında Ermənistanın Baş naziri Nikol Paşinyan da bu xəstəliyə yoluxmuşdu.

Qeyd edək ki, Ermənistanda 30 minə yaxın insan koronavirusa yoluxub, 500-dən çox insan ölüb.