
Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının Moksvada Qarabağdakı vəziyyətlə bağlı keçirdiyi danışıqlar unikal idi.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Əvvəla, əlbəttə, danışıqlar unikal idi, lakin qeyd edim ki, həlledici məqama öz töhfəsini prezident (Putin) verib, çünki bizim gecə ayıq-sayıqlığımıza o, nəzarət edirdi”, – deyə Lavrov bəyan edib və gecə Putinlə 2 dəfə danışıldığını qeyd edib.
Rusiyalı nazir deyib ki, Rusiya prezidenti zəng vasitəsi ilə danışıqlara qoşulurdu.
Lavrov əlavə edib ki, Rusiya müdafiə naziri Sergey Şoyqu da danışıqlara qoşulurdu, “çünki orada atəşkəsə nəzarət mexanizminin olmayacağı halda atəşkəsin elan edilməsinin, yəgin ki, olduqca kafi olmayacağı ilə bağlı məsələni də razılaşdırmaq lazım idi”.
Xatırladaq ki, sözügedən danışıqlar 9-10 oktyabrda Moskvada keçirilib və nəticələrindən biri olaraq da münaqişə tərəfləri arasında humanitar atəşkəs razılığının əldə edilməsi olub. Lakin işğalçı Ermənistan rejimi 11 oktyabrda Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə yaşayış binalarına zərbələr endirib, nəticədə də onlarla dinc sakin həyatını itirib və yaralanıb. İşğal rejim atəşkəs rejimini kobudcasına pozmağa, xüsusilə də dinc insanları hədəf almağa davam edir.






























