
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları Zakir Həsənov və David Tonoyanla telefon danışıqları keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti məlumat verib.
Şoyqu həmkarlarını 10 oktyabrda Moskvada əldə edilmiş razılıqların öhdəliklərinə tam şəkildə əməl etməyə səsləyib.
Xatırladaq ki, 10 oktyabr 12:00-dan münaqişə tərəfləri arasında humanitar atəşkəs razılığı əldə edilib. İşğalçı Ermənistan rejimi isə bu atəşkəs rejimini ən kobud şəkildə pozmağa davam edir, buna işğalçı qüvvələrin Gəncədə yaşayış binalarını bomblaması və nəticədə də onlarla günahsız insanın həyatını itirməsi və yaralanması bariz nümunədir.





























