
Az.shafaqna.com-un verdiyi xəbərə görə, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü öz işini uğurla başa vurub.
Bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsindəki paylaşımda bildirilir.
“Geniş müzakirələr və Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin qətiyyətli səyləri nəticəsində iclasda konsensus əsasında aşağıdakı mühüm sənədlər qəbul edilib:
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi;
Yekun sənəd;
Bakı Bəyannaməsi;
Ev sahibi olan ölkəyə təşəkkür məktubu;
2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə”, – deyə paylaşımda bildirilir.






























