Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Braziliya yığmasının hücumçusu Neymar milli komanda uğrunda vurulan qollara görə 2-ci yerə yüksəlib.

2022-ci il Dünya Çempionatının seçmə mərhələsinin Peru yığmasına qarşı qarşılaşmasında (4:2) Neymar het-triklə seçilməyi bacarıb.

Artıq onun aktivində Braziliya üçün vurulmuş 64 qol var. Bu göstərici ilə o, Ronaldonu geridə qoyub.

Rekord isə 77 qol vuran Peleyə aiddir.

Əvvəlki məqaləƏfqanıstanda faciə: 2 hərbi vertolyot toqquşdu
Növbəti məqalədəŞoyqudan Ermənistan və Azərbaycana atəşkəsə riayət çağırışı