Photo by Engin Akyurt from Pexels

Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, Türkiyə Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə Qarabağ münaqişəsinin həlli məsələsinə dair 4 tərəfli danışıqlar keçirməyi təklif edir.

Bu barədə Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın məlumat verib.

Rusiyanın Ermənistanın, Türkiyənin isə Azərbaycanın tərəfində olduğunu deyən türkiyəli rəsmi bildirib ki, “bu problemlərin həllini müzakirə etmək üçün gəlin 4-müz görüşək”.

Minsk qrupu 30 ildən artıq müddət ərzində həlli tapa bilmədiyi üçün yeni mexanizm tapmağın zamanı gəlib”, – deyə o əlavə edib.