Az.shafaqna.com ANI-ya istinadən xəbər verir ki, Hindistan və Çin komandanlıqları müttəfiq Ladak ərazisindəki mübahisəli “15-ci patrul məntəqəsində” qoşunların qarşılıqlı geri çəkilməsini həyata keçirib.

Məlumata görə, qoşunlar iki ölkəni ayıran faktiki nəzarət xəttindən 2 km geri çəkilib.

Geri çəkilmə iki ölkə arasında 30 iyunda əldə edilmiş razılıqlar çərçivəsində baş verir.

Həmçinin 6 iyul Hindistan və Çin rəsmiləri arasında baş tutan telefon danışığında da qoşunların qarşılıqlı geri çəkilməsinə hazırlıq təsdiq edilmişdi.