Алексей Никольский / ТАСС

Az.shafaqna.com RİA-ya istiandən xəbər verir ki, işğalçı Ermənistan rejiminin prezidenti Armen Sarkisyan Rusiyanı ölkəsinin etibarlı həmkarı adlandırıb.

Rusiyanın Qafqaz siyasətindən danışan Sarkisyan bildirib ki, bu siyasət bir neçə mühüm prinsipə söykənir və onlardan birini “bu yaxınlarda Rusiya Federasiyası prezidenti Vladimir Putin göstərdi”.

Onun sözlərinə görə, Putin Yerevanla siyasi və hərbi sahələrdə bağlanmış sazişlər və Ermənistanın KTMT-a üzvlüyü barədə danışıb.

Prezident Putin aydın bir surətdə bəyan etdi ki, (Rusiya) hər bir sazişin müddəalarına sadiqliyini qoruyub saxlayır. Düşünürəm ki, bu, Rusiyanın regionda keçirdiyi siyasət nöqteyi nəzərindən mühümdür. Mən bunu alqışlayıram, çünki bu, Rusiyanın etibarlı həmkar olduğunu göstərir”, – deyə o qeyd edib.

O, həmçinin bildirib ki, Rusiya Azərbaycanla da yaxşı münasibətlər saxlayır.

Bu münasibətlər balanslaşdırılmışdır. Düşünürəm ki, onlar o qədər balanslıdır ki, hər iki tərəf vasitəçi kimi Rusiyaya etibar edə bilər”, – deyə Sarkisyan əlavə edib.

O deyib ki, Qarabağda yekun sülhün bərqərar ediləcəyinə və onun əsasında da tərəflərin həll prosesində irəliləyəcəklərinə ümid edir.

Rusiyanın rolu olduqca böyükdür… Əlbəttə, ATƏT-in Minsk qrupu meydançasının olması da mühümdür. Həmsədr ölkələrin prezidentləri – Donald Tramp, Emmanuel Makron və Vladimir Putin tərəflərə müraciət ediblər. Prezident Tramp hazırda seçki ilə məşğuldur, Avropanı təmsil edən prezident Makron (prosesdə) aktiv iştirak edir və mən ona təşəkkür etmək istəyirəm. Və əlbəttə, Rusiyanın bu məsələdəki rolu xüsusidir”, – deyə işğalçı rejim prezidenti qeyd edib.