globallookpress.com

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya deyib ki, Aleksandr Lukaşenkonun başçılıq etdiyi Belarus rəhbərliyinə ultimatum elan edir.

Onun sözlərinə görə, hakimiyyətin tələbləri yerinə yetirmək üçün 13 gün vaxtı var.

1. Lukaşenko getdiyini elan etməlidir. 2. Küçələrdəki zorakılıq tam dayanmalıdır. 3. Bütün siyasi məhbuslar azal edilməlidir”, – deyə Tixanovskaya bildirib.

O, qeyd edib ki, tələblər 25 oktyabradək yerinə yetirilməsə, “bütün ölkə xalq iltimatumu ilə dinc şəkildə küçərələrə çıxacaq”.

Eks-namizədin sözlərinə görə, belə olan halda, 26 oktyabrda bütün təsisatların milli tətili, bütün yolların qapadılışı, dövlət mağazalarında satışın çökməsi başlayacaq.

Siz bütün ölkənin həyatını iflic etməyə çalışırsınız, anlamırsınız ki, Belarus rejimdən daha güclüdür. Bir halda ki, siz əmr gözləyirdiniz, bu da, əmr. Onun icra tarixi 25 oktyabradəkdir”, – deyə o, əlavə edib.