
Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, Almaniya əhalisi 2010-cu ildən bəri ilk dəfə azalmağa başlayıb.
Bu barədə Almaniya Federal Statistika Agentliyi məlumat verib.
Bildirilir ki, ölkə əhalisi 2020-ci ilin ilk yarısında 40 min nəfər azalıb. Hazırda ölkədə 83,1 milyon insan yaşayır.
Federal Agentliyin mütəxəssisləri cari demoqrafik göstəriciləri miqrant axınının azalması ilə əlaqələndirirlər. Bu ilin ilk yarısı ərzində o, 29% azalıb.
Ekspertlər qeyd edirlər ki, bundan başqa, Almaniyada hələ də aşağı doğum sayı müşahidə edilir. İndiyədək onu xarici vətəndaşların ölkəyə axını kompensasiya edirdi.





























