
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan iqtisadiyyatı tədricən müsbət inkişafa geri dönür.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava danışıb.
“Xarici ticarətin sentyabr üçün olan statistikası dərc edilib və olduqca fərəhləndiricidir ki, sentyabrda bizim ixracatımız 8,6% artıb. Eyni zamanda idxalat azalıb. Bu isə, o deməkdir ki, xarici ticarət saldosu yaxşılaşır”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, ixracatın artımına xüsusi töhfə kənd təsərrüfatı və toxuculuq məhsullarına aiddir.
Milli Statistika Xİdmətinin (MSX) məlumatlarına görə, sentyabr ayında ixracat 332 milyon lariyədək artıb. Eyni zamanda ticari defisit 98,5 milyon dollaradək yaxşılaşıb. Cari ilin yanvar-sentyabr dövrünə gəlincə, ticari defisit 752,6 milyon dollar azalaraq 3,3141 milyar dollar təşkil edib.
Həmçinin oxu: Gürcüstanda ixracat və idxalatın həcmi aşağı düşüb – STATİSTİKA






























