РИА Новости

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bəyan edib ki, NATO Rusiyanın Arktikadakı fəaliyyətini məhdudlaşdırmağa çalışır.

O deyib ki, ittifaq bunun üçün müxtəlif metodlardan istifadə edir: Rusiya yaxınlığında hərbi aktivliyin artırılmasından müxtəlif məhdudiyyətlərin tətbiqinədək.

Məlumdur ki, ayrı-ayrı dövlətlər, hər şeydən öncə də NATO (dövlətləri), ABŞ da daxil olmaqla, israrla bizim Arktikadakı fəaliyyətimizi məhdudlaşdırmağa çalışırlar. Burada ən müxtəlif metodlar tətbiq edilir: bizim sərhədlərimizin yaxınlığında hərbi aktivliyin artırılmasından sanksiya təzyiqinədək”, – deyə Medvedyev bildirib.

Onun sözlərinə görə, bu, “bizim milli təhlükəsizliyimizə” birbaşa təhlükə yaradır.