Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorgi Qaxariya iqtisadi böhrandan çıxmaq haqda danışıb.

Ölkəmizin etnik fərqliliyi, əlbəttə ki, bizim gücümüzdür. Regionumuzun etnik müxtəlifliyi bizim gücümüzdür”, – deyə o bildirib.

Qaxariyanın sözlərinə görə, Gürcüstanda hər zaman hər kəs dinc şəkildə ölkənin rifahı və daha da güclü olması üçün çalışıb və bu, gələcəkdə də bu cür olacaq.

O deyib ki, hökumətin əsas məqsədi bütün Gürcüstan vətəndaşlarının öz ailələrini təmin edə bilmələri üçün hər kəsin layiqli iş yerləri ilə təmin edilməsidir.

Bu, ən mühümdür və yaxın 4 il ərzində biz qlobal pandemiyanın səbəb olduğu iqtisadi böhrandan tez çıxa bilmək üçün hər şeyi etməliyik. Biz olduqca yaxşı gedirik, biz qaydalara əməl etməli və iş yerlərini mümkün qədər tez bərpa etmək üçün mümkün olan hər şeyi etməliyik. Bunun üçün bizə qələbə lazımdır və həmin bizə 31 oktyabrda lazımdır. Bu qələbə təkcə “Gürcü Arzusunun” deyil, bu qələbə bütün Gürcüstanın qələbəsi olacaq”, – deyə o qeyd edib.