Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, bu gün gecə saatlarında naməlum şəxslər Minsk DİN Rayon İdarəsi ərazisinə bir neçə “Molotov kokteyli” atıblar.

Hadisə yerli vaxtla 05:00 radələrində baş verib.

Ümumilikdə 3 yandırıcı qarışıqlı butulkanın atıldığı qeyd edilib.

“Kokteyllərdən” biri xidməti avtobusa dəyib, nəticədə də maşın yanmağa başlayıb.

Polislər yanğına müdaxilə edərək söndürə biliblər, bununla belə maşına zərər dəyib.