Rusiya Müdafiə Nazirliyi Qarabağdakı vəziyyətin sabitləşdirilməsində iştirak edir

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Qarabağdakı vəziyyətin sabitləşdirilməsi üzrə Rusiya təşəbbüslərinin reallaşdırılmasında aktiv iştirak edir.

“Rusiya Müdafiə Nazirliyi öz kompetensiya hüdudları çərçivəsində Rusiya Federasiyasının Dağlıq Qarabağdakı vəziyyətin tezliklə sabitləşdirilməsi üzrə təşəbbüslərinin həyata keçirilməsində aktiv iştirak edir”, – deyə qeyd edilib.

Bildirilir ki, bu işin əsas məqsədi “Qarabağda döyüş əməliyyatlarının dərhal dayandırılması və regionda vəziyyətin normallaşdırılması üçün münaqişə tərəflərinin danışıqlara keçididir”.

Bu məqaləni paylaş