Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri özünün yeni “Olduqca çox və heç vaxt az: mənim ailə necə dünyanın ən təhlükəli adamını yaratdı” kitabında ölkənin gələcək prezidentinin yerinə ev tapşırıqlarını edən və imtahanları verən şəxsin adını açıqlayıb.

Onun sözlərinə görə, hazırkı ABŞ prezidenti kiçik yaşlarından aldatmağa və şəxsi maraqları çərçivəsində ətrafdakıları təngə gətirməyə hazır biri idi.

Meri kitabında yazır ki, yalan Tramp üçün “hər şeydən öncə, ətrafdakıları onun əslində olduğundan yaxşı olduğuna inandırmaq yolu oldu”.

Müəllif deyir ki, gələcək prezidentin bacısı Merienn “onun (Trampın) əvəzinə ev tapşırıqlarını” edirdi. Fordem Universitetini tamamlamayan Tramp başqa ali məktəbə daxil olmaq qərarına gəldi. Bu, Pensilvaniya Universiteti idi. Meri bildirir ki, Tramp bunun üçün “ağıllı oğlan” hesab edilən və yaxşı imtahan verə bilən biri kimi tanın Co Şapiro adlı birinə pul verdi.

Xatırladaq ki, Ağ Ev bəyan edib ki, Meri Trampın kitabı “yalan toplusudur”.

Kitabın nəşri cari ilin 28 iyul tarixinə təyin edilib.

Əvvəlki məqaləEfiopiyada müğənninin qətli qırğına səbəb oldu
Növbəti məqalədəHindistan və Çin qoşunları mübahisəli ərazidən geri çəkildi