
Az.shafaqna.com “France-Presse”-yə istinadən xəbər verir ki, Efiopiyada baş verən toqquşmalar zamanı azı 239 nəfər ölüb.
Məşhur müğənni və siyasi fəal Haakaaluu Hundessaanın qətli ilə bağlı keçən həftə ölkənin bir çox şəhərlərində toqquşmalar baş verib.
“İğtişaşlar nəticəsində regionda 9 polis, 5 könüllü və 215 mülki şəxs həlak olub”, – deyə Oromiya ştatının polis rəisi bildirib. 2 polis də daxil olmaqla, daha 10 nəfər paytax Əddis-Əbəbədə ölüb.
Xatırladaq ki, toqquşmalar 30 iyundan 2 iyuladək davam edib.
Ölkənin Baş naziri Abiy Əhməd bildirib ki, 3 gün ərzində baş verən zorakılıqlar ölkədə vətəndaş müharibəsinə səbəb olmaq cəhdi idi. O qeyd edib ki, bu cəhdin qarşısı alınıb.






























