
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağla bağlı siyasi danışıqlar prosesinin yenidən başladılmasını uzatmaq düzgün deyil.
O, bu barədə işğalçı Ermənistan rejiminin XİN başçısı Zöhrab Mnatsakanyanla görüşün yekununa dair çıxışında bildirib.
“Biz qəbul edilmiş qərarların hökmən hər iki tərəf tərəfidən yerinə yetiriləcəyinə ümid edirik. Biz bu gün bu barədə ətraflı danışmışıq”, – deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, görüş zamanı Qarabağla bağlı 3 tərəfli məsləhətləşmələrdən sonra “irəli getməyin” necəliyi barədə fikir mübadiləsi aparılıb.
Rusiyalı nazir vurğulayıb ki, “bu, bütün məsələlərin tez və eyni zamanda həll ediləcəyi” mənasını vermir.
“Biz anlayırıq ki, proses lazımdır, lakin siyasi danışıqlar prosesinin bərpasının uzadılmasını düzgün hesab etmirik”, – deyə Lavrov əlavə edib.






























