
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ-ın Luiziana ştatının Baton-Ruj şəhərində 11 yaşlı oğlan məktəb avtobusunu qaçırıb. Polislər onu təqib etməyə başlayıblar və nəticədə onu saxlayıblar.
Hadisə bazar günü səhər saatlarında baş verib. Ehtimal edilir ki, uşaq avtobusa gizlicə girərək onu işə sala bilib. Yerli vaxtla 11:00-da polis qaçırılmış avtobusu təqib etməyə başlayıb, təxminən yarım saat sonra isə avtobus qan borusuna və ardınca ağaca çırpılıb.
Polislər avtobusu mühasirəyə alıblar, kiçik cinayətkarı çıxararaq qoluna qandal taxıblar. Onu bir neçə ittihamla azyaşlılar üçün saxlama mərkəzinə aparıblar.
Digər mənbənin məlumatına görə, təqib etmədə onlarla polis iştirak edib.






























