Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.
Az.shafaqna.com haberglobal.com.tr-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti müsahibəsi zamanı ermənilərin Hadruta hücum cəhdlərindən danışıb.
“Azərbaycan Ordusu hər gün yeni zəfərlərə imza atır. Hər gün yeni bir kənd işğaldan azad olunur. Ermənistan baş naziri Paşinyan, psixoloji sarsıntı içində qərar verir. Ermənistanın xüsusi təyinatlıları zərərsizləşdirildi.
Hadrutu işğal etmək üçün çalışırlar. Bu gecə böyük bir qrup, Hadrutu işğal etməyə çalışdılar. Azərbaycan ordusu o qrupu zərərsizləşdirdi. Ermənistanın bu gecə verdiyi itki, Paşinyanın verdiyi siyasi qərarların qurbanlarıdır.”, – deyə İlham Əliyev bildirib.































