Azərbaycandakı səfirlər, hərbi attaşelər Gəncəyə səfər ediblər

65
0

Az.shafaqna.com xəbər verir ki, Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndələri Gəncəyə səfər ediblər.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara müşaiyyət edərək erməni terroru ilə bağlı onlara ətraflı məlumat verir.

Qeyd olunur ki, səfərin məqsədi beynəlxalq ictimaiyyətə təsir gücünə malik diplomatik missiyanın təmsilçiləri Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

Məlumata görə, diplomatlar və beynəlxalq qurumların təmsilçiləri Mingəçevirə də gedəcəklər.