Pixabay

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiyanın xarici siyasət vəzifəsi beynəlxalq münasibətlərin harmonizasiyasıdır (ahəngləşdirməkdir).

Bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib.

O deyib ki, Mosvanın xarici və daxili siyasətinin məqsədi Qərbin insani sahədə lider olmağa dair əxlaqi haqqının olmadığını sübut etmək deyil.

Zaxarova qeyd edib ki, Rusiyanın məqsədi beynəlxalq münasibətləri ahəngləşdirmək və “müxtəlif sistemli, müxtəlif inkişaf səviyyəli ölkələrlə bir yerdə yaşamağa imkan verə bilən beynəlxalq münasibətlər bazisinin qurulmasıdır”.