Az.shafaqna.com-un verdiyi xəbərə görə, BMT Təhlükəsizlik Şurası (TŞ) tolerantlıq və beynəlxalq sülhün qorunmasına dair qətnamə qəbul edib.
Sənədin qəbuluna BMT Təhlükəsizlik Şurasına daxil olan 15 ölkənin hamısı yekdilliklə razılıq verib.
Qətnamədə BMT-yə üzv dövlətlərin bir-biri ilə sülh şəraitində yaşamağa tərəfdar olduğu vurğulanıb, iqtisadi, sosial, mədəni və humanitar problemlərin həllində beynəlxalq əməkdaşlığın zəruriliyi təsdiqlənib.
Qətnamədə həmçinin bütün üzv dövlətlərin insan hüquqlarının və əsas azadlıqlarının qorunmasının, təhsil sistemlərinin də sülhə xidmət etməsinin vacibliyi vurğulanıb.
Qətnamədə “nifrət nitqi, irqçilik, ksenofobiya” kimi məsələlərin münaqişənin başlaması, kəskinləşməsi və təkrarlanmasına səbəb ola biləcəyi təsdiqlənib, eyni zamanda BMT baş katibindən bu qətnamənin icrası ilə bağlı hesabat hazırlaması xahiş olunub.
