Tramp: Bayden Ukrayna şirkətindən rüşvət alıb

ABŞ prezidenti Co Bayden vitse-prezidenti olarkən Ukrayna enerji şirkətindən rüşvət alıb.

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın eks-prezidenti Donald Tramp bildirib.

Onlar (hazırkı ABŞ rəhbərliyi – red.) (keçmiş) prezident Trampdan istifadə edərək həqiqi casusluq və həqiqi cinayətlərdən diqqət yayındırmaq istəyirlər. Gəlin, razılaşıb ona (Trampa) qarşı ittiham irəli sürək ki, heç kim (Baydenin aldığı) 5 milyon dollar məbləğindəki rüşvətdən danışmasın“, – deyə Tramp özünə qarşı gizli sənədlərlə bağlı irəli sürülən ittihamları şərh edərkən qeyd edib.

Tramp xatırladıb ki, daha öncə ABŞ senatoru Çak Qrassli deyib ki, Federal Təhlükəsizlik Bürosunun (FTB) əlində Baydenin Ukraynanın enerji şirkəti “Burisma Holdings”dən rüşvət alması ilə bağlı sübutlar var.

Lakin FTB onları göstərmir“, – deyə Tramp əlavə edib.

Yadınızdadır, onlar mənim Baydenin Ukraynadakı korrupsion əlaqələri ilə bağlı sadə sualıma görə məni impiçment proseduruna məruz qoydular və indi isə aydındır ki, mən haqlı idim. Co Bayden və radikal sağçılar xaricdən rüşvət ala və (hökumətin) tam mühafizəsi altında qala bilirlər“, – deyə o vurğulayıb.

Bu məqaləni paylaş