Yaşar Gülər: Hər zaman Azərbaycanın yanındayıq

Az.shafaqna.com xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlığın daha da güclənəcəyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana etdiyi səfər çərçivəsində müşayiət edən Yaşar Gülər jurnalistlərin suallarını cavablandıraraq deyib: “İndiyə qədər olduğu kimi Türkiye və Azərbaycan “bir millət, iki dövlət” şüarı ilə fəaliyyətlərini davam etdirəcək. Azərbaycanlı qardaşlarımızla əlaqələrimizi daha da inkişaf etdirəcəyik. Biz hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan Ordusunu daha da inkişaf etdirmək üçün hər cür dəstəyi verməyə hazırıq. NATO standartlarına uyğun olaraq birgə təlimlərimizi də davam etdirəcəyik”.

Bu məqaləni paylaş