3-cü Dünya Müharibəsində qalib olan tərəf olmayacaq.
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
Onun sözlərinə görə, ABŞ rəhbərliyi münaqişənin dərinləşib şiddətlənməsindən qorxmadığını iddia edir.
Putin deyib ki, əslində isə, ABŞ-da məsələni 3-cü Dünya Müharibəsinədək aparmaq istəməyən çox sayda sağlam düşüncəli insanlar var.
O əlavə edib ki, belə bir münaqişədə qaliblər olmayacaq, o cümlədən də ABŞ da qalib gələn tərəf olmayacaq.
Bu məqaləni paylaş