Ukrayna ordusu əks-hücum zamanı böyük itkilər verir.
Az.shafaqna.com RBC-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
Ukrayna tərəfinin uğur qazana bilmədiyini deyən Putin “onların böyük itkiləri var” deyə əlavə edib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin “itki strukturu pisdir“.
Putin deyib ki, Ukrayna ordusunun itkilərinin təxminən 50%-i həlak olanlardır.
“İtkilər “faciəvi” adlandırıla biləcək həddə yaxınlaşır“, – deyə o qeyd edib.
Putin Rusiyanın itkilərinin Ukrayna tərəfindən 10 dəfə az olduğunu bildirib. Bundan başqa, vurğulayıb ki, Ukrayna tərəfi onlara xaricdən verilən texnikanın təxminən 25-30%-ni də itirib.
Bu məqaləni paylaş