Milli Məclisin sədr müavinindən AÇIQLAMA

Milli Məclisin sədr müavini Adil Əliyev son günlər mətbuatda adının tikinti şirkətlərindən biri ilə hallanmasından danışıb. O, bununla bağlı açıqlama verib.

“Az.shafaqna.com” həmin açıqlamanı təqdim edir:

“Əziz dostlar, bildiyiniz kimi Parlamentlərarası İttifaqın iclasında iştirak etmək üçün hazırda Mərakeş Krallığında rəsmi səfərdəyəm. Təəssüf ki, kimlərsə məni məqsədyönlü şəkildə tikinti şirkəti ilə əlaqələndirməyə cəhd edirlər. Hər kəs bilir ki, mənim nə tikinti nə də başqa bir biznesim var. Bu gün köməkçilərim tərəfindən sözügedən ünvan ziyarət edilmiş və vətəndaşla söhbət aparılıb. Vətəndaş videomüraciətində adımın yalnışlıqla çəkməsini və müraciətinin qarşılaşdığı haqsızlıqla bağlı olmasını bildirib. Vətəndaşların müraciətləri qeydiyyata götürülüb və qanunvericiliyə uyğun həlli ilə bağlı aidiyyəti addımlar atılır.”

Bu məqaləni paylaş