Foto: AA

Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuada Türkiyənin Baş Konsulluğunun açılması ilə bağlı mesaj verib.

Türkiyə Prezidenti Ərdoğan Gənclik Sarayında nümayəndə heyətləri arasında keçirilən görüşün açılışında Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb.

Şuşada diplomatik korpusun açlması ilə bağlı danışan Ərdoğan bildirib: “Biz istənilən vaxt Şuşada Baş Konsulluğumuzu açmağa hazırıq. Hakan müəllim (Fidan) bu məsələ ilə bağlı gecikmədən… Şuşadakı Baş Konsulluğumuz açılsa, bu, bütün dünyaya xüsusi mesaj olar, xüsusilə də Ermənistana”.

Ərdoğan bu çıxışında Bakı Tbilisi-Qars dəmir yolu xəttinin açılmasına da işarə edib:  “Xəzər tranzit orta dəhlizi və bu kontekstdə ən qısa zamanda Bakı Tbilisi-Qars dəmir yolu xətti ilə məşğul olmaq bizim üçün çox faydalı olacaq”.