Gəncədə silsilə oğurluqlar edən şəxs tutulub.
“Az.shafaqna.com” xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müxtəlif vaxtlarda şəhər ərazisində bir velosiped, bir su mühərriki, “VAZ-21011” markalı avtomobildən isə maqnitofon oğurlanıb.
Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.
Bu məqaləni paylaş