Bakıda BMW aşdı, sürücü öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

“Az.shafaqna.com” xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iyunun 12-də saat 4 radələrində Qaradağ rayonu ərazisində baş verib. Bakı şəhər sakini M.İsmayılov idarə etdiyi “BMW” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Bu məqaləni paylaş