Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda baş vermiş 13 iyun faciəsindən səkkiz il keçir.
Bu faciə sel nəticəsində 21 nəfər həyatını itirmiş, iki nəfər itkin düşmüş, minlərlə evə ziyan dəymişdi.
2015-ci ildə baş vermiş təbii fəlakət yaşayış evlərini, yolları, körpüləri, tunelləri, istinad divarlarını, kommunikasiya sistemlərini dağıdaraq, “Mziuri” və zooparkın ərazilərini tamamilə su basmışdı. Zooparkın sakinlərinin bir hissəsi təbii fəlakət nəticəsində məhv olmuş, orada saxlanılan 600 heyvanın, təxminən, yarısı məhv olmuşdu. Heyvanların bir hissəsi küçələrə qaçmışdı. Faciədə şəhərin infrastrukturu, o cümlədən Vake-Saburtalonu birləşdirən estakada, Kocori-Samadlonu birləşdirən yol, Axaldaba-Tsğneti yolunun hissəsi zərər görmüşdü.
Bu məqaləni paylaş