Sumqayıt-Bakı qatarında PROBLEM

Sumqayıt-Pirşağı-Bakı elektrik qatarında yenidən problem yaranıb.

“Az.shafaqna.com” xəbər verir ki, Sumqayıt Dəmir Yolu Vağzalından 07:50-də çıxmalı olan qatar gecikmə ilə yola çıxıb.

Bunun nəticəsində Bakı Dəmir Yolu Vağzalına qatar 10 dəqiqə gecikmə ilə çatıb.

Bundan əlavə Bakı-Xırdalan-Sumqayıt qatarı da Bakı Dəmir Yolu Vağzalına 5 dəqiqə gecikmə ilə gəlib.

Gecikməyə səbəb kimi texniki nasazlıq göstərilib.

Bu məqaləni paylaş