Az.shafaqna.com-un verdiyi xəbərə görə, 17 iyun 2023-cü il tarixindən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən qabiliyyət tələb edən Musiqi sənəti, Təsviri sənət və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə ixtisasların imtahanları keçiriləcək.
Bu barədə DİM-dən verilən məlumata görə, abituriyentlər 12 iyun 2023-cü il tarixindən etibarən cədvəldə verilmiş imtahan tarixlərinə uyğun buraxılış vərəqələrini çap edə bilərlər.
Cədvələ daxil edilməyən digər imtahanlar haqqında məlumatlar mütəmadi olaraq DİM-in saytında veriləcək.
İmtahanlar Bakı, Gəncə, Şəki, Bərdə, Lənkəran və Naxçıvan şəhərlərində təşkil olunacaq.
Bu məqaləni paylaş