ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərib

ABŞ hərbçilərindən ibarət karvan İraqdan Suriyaya keçib.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, 40 nəqliyyat vasitəsi Suriyanın Həsəkə əyalətindəki ABŞ-a məxsus qeyri-qanuni hərbi obyektlərə doğru irəliləyiblər.

Karvana zirehli texnika, döyüş sursatları ilə dolu yük maşınları və benzin daşıyan maşınlar. Yük Rumeylan, Şəddadi və Təl-Bəydər rayonlarındakı ABŞ hərbçiləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Suriyanın 3 əyalətində – Həsəkə, Rəqqa və Deyr-əz-Zor əyalətlərində ABŞ-ın qeyri-qanuni hərbi mövcudluğu var. Pentaqon müntəzəm olaraq oralara əlavə qüvvələr göndərib.

Bu məqaləni paylaş