Az.shafaqna.com-un verdiyi xəbərə görə, İsrail ordusu İsrail-Livan sərhədində gözləyən livanlılara gözyaşardıcı qazla müdaxilə edib.
Livanın rəsmi NNA xəbər agentliyinin yaydığı məlumatat əsasən, İsrail ordusu Livan- İsrail sərhədində yerləşən Kefr Şuba bölgəsinin sakinlərinə hücum edib.
Hücum nəticəsində xəsarət alan olmasa da, sərhəddəki Livan əsgərlərinin sayı artırılıb.
Məlumata əsasən, Livan- İsrail sərhədində vaxtaşırı İsrail hərbçiləri ilə bölgə xalqı arasında gərginlik yaşanır.
Bu məqaləni paylaş