Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov “Zirə” klubu ilə vidalaşıb.
“Az.shafaqna.com” xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə şəxsi feysbuk hesabında paylaşım edib.
Qeyd edək ki, Ruslan Abışov 2021-ci ildən paytaxt təmsilçisinin formasını geyinib. O, karyerasında “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və Rusiyada “Rubin” klubunun uğurları üçün də çalışıb.

Bu məqaləni paylaş