Azərbaycanda “İrəvan” futbol klubunun yaradılması təklif olunur

“İrəvan” futbol klubu yaradılmalı və “Qarabağ” futbol klubu kimi dünyaya səs salmalıdır”.

“Az.shafaqna.com” xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı təklif edib.

Millət vəkili bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.

Bu məqaləni paylaş