Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Lixtenşteyn Knyazlığından olan həmkarı, xarici işlər, təhsil və idman naziri Dominik Hasler ilə görüşüb.
Ölkələrin iki əsas diplomatının görüşündə regiondakı çətin vəziyyət və təhlükəsizlik çağırışları, iqtisadi əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
“Biz bu səfəri Gürcüstan üçün bu mühüm dövrdə, eləcə də regionda təhlükəsizlik kontekstində çağırışlar fonunda ölkəmizə dəstəyin ifadəsi kimi görürük. Əminəm ki, xanım nazir sizin səfəriniz gələcək əməkdaşlığımıza təkan verəcəkdir.
Mən dərhal bu istiqamətdə də fəal fəaliyyət göstərməyə hazır olduğumuzu bildirirəm – bizim iqtisadi əlaqələri dərinləşdirmək potensialımız var. Görüşdə bizim üçün vacib olan təhsil sahəsindəki vəziyyəti də müzakirə etdik.
Mən xanım nazirə dərin minnətdarlığımı bildirmək istəyirəm, çünki Lixtenşteyndən bizə ölkənin ərazi bütövlüyü kontekstində böyük dəstək var”, – İlya Darçiaşvili bildirib.
Darçiaşvili qeyd edib ki, tərəflər təhlükəsizlik problemlərini və Gürcüstan və Lixtenşteynə sülh və əmin-amanlıq gətirmək üçün atılacaq addımları müzakirə ediblər.