Türkiyə ordusu Suriyanın şimalında 7 PKK terrorçusunu zərərsizləşdirdi

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Türkiyə ordusunun mövqelərinə zərbələr endirməyə cəhd edən 7 PKK terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

“PKK/YPG terror təşkilatı “Fərat Qalxanı” əməliyyatı zonasında Cibrin bazası və Oncupınar polis şəhərciyi ərazilərini minaatanlardan/RYAS-dan atəşə tutub.

Türkiyə hərbçiləri arasında itki yoxdur”, – deyə məlumatda bildirilir.

Nazirlikdən vurğulayıblar ki, Türkiyə hərbçilərinin əks-hücumu nəticəsində 7 terrorçu, o cümlədən terrorçuların iki lideri zərərsizləşdirilib, mövqeləri də məhv edilib.

Bu məqaləni paylaş